Ən sağlam qış məhsulları bunlardır - Mütəxəssis AÇIQLADI

 10:55 18.01.2024     288

"Qışda sitrus meyvələri, qoz-fındıq, ət və balıq yemək yaxşıdır".

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu Rusiyada Pansionatlar şəbəkəsinin aşpazı Tamara Moseva virusların və demansın qarşısının alınması üçün ən faydalı qış məhsulları haqqında danışarkən deyib.

"Qışda ən faydalı qidalardan bəziləri sitrus meyvələridir: qreyfrut, portağal, limon. Onlar immuniteti qorumaq üçün vacib olan C vitamini ilə zəngindirlər. Bundan əlavə, onların tərkibində orqanizmin viruslara qarşı müqavimətinə kömək edən antioksidantlar var".

Eyni zamanda, ekspert faydalı qış məhsulları kimi ürək-damar sistemini gücləndirən sağlam yağ turşuları ilə zəngin olan qoz-fındığı da əlavə edib:

"Onlar xüsusilə yaşlı insanlar üçün faydalıdır, çünki qan şəkərinin səviyyəsini aşağı salmağa və yaddaşı yaxşılaşdırmağa kömək edir, bu da öz növbəsində demansın qarşısını almaq üçün çox vacibdir. Pekan, qoz, fındıq, anakardiya və şam fıstığının tərkibində B vitaminləri, maqnezium, kalsium və sink var ki, bu da sümükləri və güclü ümumi bədəni qorumağa kömək edir".

Həmidə İBRAHİMLİ