"Yoluxanların yüz faizi vaksinasiya olmayan insanlardır" - Əhliman Əmiraslanov

 12:24 18.01.2024     276

Vaksinasiya prosesi ilə bağlı insanlar arasında yanlış məlumatlar yayılır. İnsanlar arasında belə fikirlər var ki, vaksinlər sağlamlığa ziyan vurur. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Hətta həkimlər arasında bu fikirdə olanlar var. Biz istəmiriksə ki, övladlarımız yolxucu xəstəliklərə yoluxmasınlar, mütləq vaksin vurdurmalıdırlar. Bu gün xəstəliyə yoluxanların deyə bilərəm ki, yüz faizi vaksinasiya olmayan insanlardır. Ona görə əhali vaksinlərlə bağlı fikirlərini dəyişməlidir”, - deyə o bildirib.