Çömbəlmə hərəkətləri üçün vacib məsləhətlər
Fitness məşqçisi Denis Solomin çömbəlmə hərəkətlərini effektiv və təhlükəsiz yerinə yetirmək üçün məsləhətlər verib.
Redaktor.az bu barədə "Sport Express"ə istinadən xəbər verir.
Onun sözlərinə görə, on dəfə çömbəlməni sümük və oynaq strukturlarında zədəsi olmayanlar edə bilər: "Məşqə başlamazdan əvvəl əsas oynaqları və vətərləri qızdırmaq və artıq çəkisi olanların təhlükəsizlik tədbirlərinə riayət etməyi vacibdir".
Artıq çəkisi olanlar məşq etməzdən əvvəl məşqçi həkimlə məsləhətləşməlidirlər. Solominin sözlərinə görə, bu cür fəaliyyətlər dizlər və onurğa sütununa yük olduğundan təhlükəli ola bilər.
NƏRGİZ