Soyuq havada qəhvənin gözlənilməz FAYDALARI

 10:44 19.01.2024     271

Bir fincan qəhvə soyuqdan yaranan miqren tutmasını aradan qaldırmağa kömək edir.

Redaktor.az  xəbər verir ki, kofeinin bu gözlənilməz faydasını əczaçı Debora Li "Daily Mirror"a müsahibəsində açıqlayıb.

Linin sözlərinə görə, miqren xəstələri qışda baş ağrılarından daha çox şikayət edirlər. O, hesab edir ki, bunun bir çox səbəbləri ola bilər: birincisi, insan gündə bir neçə dəfə temperatur dəyişikliyinə məruz qalır, isti otağı soyuqla əvəzləyir, ikincisi, günəşin olmaması səbəbindən bir çoxlarında D vitamini çatışmazlığı yaranır. Bundan başqa əczaçı əlavə edib ki, əgər insan soyuqdan boynunu geri çəkib çiyinlərini dartsa, ağrı yarana bilər.

Ağrını yüngülləşdirmək üçün Li bir fincan isti qəhvə içməyi məsləhət görüb: "Kofein istehlakı miqren tutması keçirən insan üçün təhlükəsiz və təsirli olur",- həkim əmin edib. Bundan əlavə, içki digər dərmanların daha yaxşı sorulmasına kömək edir.

Eyni zamanda Li qəhvənin də miqren tetikleyicisi ola biləcəyini və ağrını ağırlaşdıra biləcəyini xatırladıb. Ona görə də bu içkidən 200 mililitrdən çox içməməyi tövsiyə edib.

NƏRGİZ