Gəncliyi uzadan məhsul

 10:18 22.01.2024     318

"Kələm hüceyrələrin qocalmasını ləngidə bilər, çünki bu tərəvəzin tərkibində çoxlu təbii antioksidanlar var".

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı onkoloq Andrey Vorobyov deyib.

Onun sözlərinə görə,  kələmdə pomidordan üç dəfə çox vitamin, xüsusilə C, E vitaminləri və beta-karotin var:

"Bundan əlavə, kələm pəhriz lifi ilə zəngindir ki, bu da orqanizmdən toksinləri aradan qaldırmağa və həzm sistemini sağlam saxlamağa kömək edir. Həmçinin, pəhrizdə kələmin daimi olması sayəsində mədədə, əslində, immunitet sisteminin qoruyucusu olan faydalı bakteriyalar böyüyür. Kələmin kalori miqdarı azdır - 100 q məhsula cəmi 25 kkaldır".

Həkim daha çox qida qəbul etmək üçün çiy kələm yeməyi məsləhət görüb.

Həmidə İBRAHİMLİ