Gecə yarısı qəfil oyanmaların əsas SƏBƏBLƏRİ

 21:54 23.01.2024     266

Həkim Tatyana Surnenkova gecə yarısı yuxusuzluğun və qəfil oyanmanın əsas səbəblərini açıqlayıb.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Onun sözlərinə görə, stress və əsəb gərginliyi kifayət qədər güclü olarsa, insanda kabuslar, ürək döyüntülərinin artması və qəfil oyanmalara səbəb ola bilər.

"Həddindən artıq yemək və spirt də yuxusuzluğa səbəb ola bilər.  Gecələr qəfil oyanmaların digər ümumi səbəbləri kimi, obstruktiv apne sindromununu göstərmək olar. Həmçinin yuxusuzluğun səbəbi qalxanabənzər vəzinin həddindən artıq işləməsi ola bilər", - həkim vurğulayıb.

Yusif EYVAZLI