Dəri xərçəngi riskini azaldan məhsullar

 09:33 25.01.2024     264

Həkimlər melanomanın (dəri xərçəngi) inkişaf riskini azaldan dörd məhsulun adını deyib.

Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.

Həkim Mixail Konovalov bildirib ki, paprika, şirin kartof, yerkökü və balqabağın tərkibində çoxlu miqdarda A vitamini və onun prekursoru - beta-karotin var. Terapevt Malışevanın sözlərinə görə, bu maddələrin gündəlik norması 40 qram qırmızı bibər və ya 100 qram şirin kartofda olur. Üstəlik, 100 qram yerkökü və ya balqabağın tərkibindəki A vitamini və beta-karotenin miqdarı onlara gündəlik tələbatdan bir neçə dəfə çoxdur. "Beta-karoten ən pis xərçəng olan melanoma riskini azaldır".

İmmunoloq Prodeus bildirib ki, beta-karoten dərini ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur və eyni zamanda antioksidant kimi fəaliyyət göstərir. Prodeus, "Antioksidant sərbəst radikalların hüceyrələrə zərər vermə potensialını azaldan bir maddədir" deyib.

Malışeva və Prodeus əsas xərçəng əleyhinə qidalar kimi Braziliya qoz-fındıqlarını və tuna balığını məsləhət görüb. Həkimlərin sözlərinə görə, onların tərkibində olan selenium mikroelementi orqanizmin xərçənglə mübarizəsinə kömək edir.

NƏRGİZ