Narkoloq alkoqolizmin səbəblərini AÇIQLADI

 14:08 26.01.2024     235

"Psixoloji və sosial amillər alkoqolizmə səbəb ola bilər".

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı psixiatr-narkoloq Vadim Koçequrov deyib.

Onun sözlərinə görə, qazanılmış mərkəzi sinir sisteminin patologiyası da alkoqol asılılığına səbəb ola bilər.

Həkim alkoqoldan asılılığın psixoloji və sosial səbəblərinə də toxunub:

"Sağlamlığına və gələcəyinə etinasızlıq edən və ya onları daha riskli davranış formalarına sövq edən güclü iradəli keyfiyyətlərə malik olanlar və ya əksinə, həddən artıq utancaq və qorxaq insanlar onları rahatlaşdırdığı üçün spirtli içkilərə aludə ola bilərlər".

Mütəxəssis xəbərdarlıq edib ki, alkoqol zəhərli təsirə malikdir və bu, təkcə sinir hüceyrələrinə deyil, həm də insanın digər orqanlarına, ilk növbədə, ürək və mədə-bağırsaq traktına təsir göstərir. İnsan orqanizmində spirtin zəhərli təsirinə məruz qalmayan demək olar ki, heç bir sistem yoxdur.

Həmidə İBRAHİMLİ