Qışda D vitamini mənbələri hansı məhsullardır?
"Vitamin D orqanizmə günəş işığı vasitəsilə daxil olur və ultrabənövşəyi şüaların təsiri altında sintez olunur. Ancaq qışda kifayət qədər günəş işığı olmaya bilər".
Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu endokrinoloq Yekaterina Yanq deyib.
O, qeyd edib ki, D vitamini çatışmazlığı immunitet sistemini zəiflədir və bu, tez-tez soyuqdəymələrə səbəb ola bilər. Bundan əlavə, bu maddənin çatışmazlığı olan bir insanda bəzən yuxu pozğunluğu və əhval-ruhiyyənin pisləşməsi müşahidə olunur. Həmçinin, çatışmazlığın nəticələri zəif metabolizm və hətta beyin funksiyasının pozulmasına səbəb ola bilər.
Endokrinoloqun sözlərinə görə, böyük miqdarda D vitamini balıq və balıq yağı, müxtəlif dəniz məhsulları, həmçinin pendir və yağ kimi qidalarda olur.
Həmidə İBRAHİMLİ