Terapevtdən ən zərərli yuxu mövqeyi barədə XƏBƏRDARLIQ
Mədə üstə yatmaq vərdişi qeyri-təbiidir. Şişlik və baş ağrılarına səbəb olur.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə terapevt Qalina Aksenova xəbərdarlıq edib.
Aksenovanın sözlərinə görə, mədə üstə yatarkən baş sağa və ya sola çevrilir ki, bu da qan axınının pozulmasına və göz içi təzyiqinin artmasına səbəb olur.
"Bunun nəticəsində gözlər həddən artıq gərginləşir, adam baş ağrısı ilə oyanır. Baş oksigen çatışmazlığı və boyun və bel əzələlərində süd turşusu yığılması səbəbindən ağrıya bilər", - deyə o bildirib.
Həkim qeyd edib ki, sağ tərəfdə və arxa üstə yatmaq məqbuldur.
Yusif EYVAZLI