Yuxusuzluqla mübarizədə kömək edən məhsullar

 10:20 30.01.2024     321

"Banan və qızılbalıq yuxusuzluğa qarşı mübarizədə kömək edəcək".

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu ruisyalı bioloq İrina Lyalina deyib:

“Yuxusuzluq depressiyaya səbəb ola biləcək xoşagəlməz və zəiflədici bir vəziyyətdir. Bir çox insanlar səhvən spirtli içkinin onu aradan qaldırmağın yollarından biri olduğuna inanır. Əslində bu doğru deyil. Alkoqol bir müddət yuxuya səbəb ola bilər, lakin sonra siz yüksək fazaya keçirsiniz (qan hüceyrələrinə çatdıqda) və oyanırsınız daha sonra yata bilmirsiniz ".

Onun fikrincə, yuxusuzluğa qarşı mübarizədə aşağıdakılar kömək edəcək: çobanyastığı, limon balzamı və nanədən hazırlanmış çay; bal ilə isti süd; banan və brokkoli - bunlar yuxunu təşviq edən və melatonin (yuxu hormonu) istehsalını stimullaşdıran bir amin turşusu olan triptofan ehtiva edir; qızılbalıq - yuxu keyfiyyətinə təsir edə bilən omeqa-3 yağ turşuları ilə zəngindir.

Həmidə İBRAHİMLİ