Ayaqlar və omba əzələlərini şişirdən hərəkətlər
Fitnes məşqçisi Andrey Şişkov ayaqların və ombaların əzələlərini şişirdəcək məşq haqqında danışıb.
Redaktor.az bu barədə "Around the World" nəşri yazıb.
Şişkov mürəkkəb əyilmələr etməyi məsləhət görüb. Başlanğıc mövqeyi - ayaq üstə, ayaqları çiyinlərdən daha geniş, qollar bədən boyunca aşağı. Sonra bədən çəkisini sağ ayağınıza yükləyib üzərinə çömbələrək, sol ayağınızı düzəldin. Bu vəziyyətdə əyilmək və belinizi düz tutaraq, sol əlinizlə sağ ayağınıza çatmağa, sağ əlinizi çanaq nahiyəsinə yaxın tutmağa çalışmaq lazımdır.
"Bu məşq təkcə ayaqların və ombanın əzələlərini deyil, ürəyi də məşq etdirir. Nəfəs darlığı hiss edənə qədər bu cür əyilmələri intensiv şəkildə yerinə yetirin".
NƏRGİZ