Qəhvənin arıqlamaq üçün faydaları

 12:04 31.01.2024     291

Diyetoloqlar Tammy Lakatos-Shames və Lissie Lakatos qəhvəni arıqlamaq üçün faydalı adlandırıblar.

Redaktor.az bu barədə New York Post-a istinadən xəbər verir.

Mütəxəssislər bildiriblər ki, çəkinizdən və bədən quruluşunuzdan asılı olaraq pəhriz zamanı gündə 2-5 fincan qəhvə içə bilərsiniz. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, gündə tövsiyə olunan kofein dozası 200 ilə 400 milliqram arasındadır: "Qəhvədə termogen təsir göstərən və maddələr mübadiləsini sürətləndirən, daha çox kalori yandırmağınıza kömək edən kofein var" .

Eyni zamanda, diyetoloqlar qatqısız qara qəhvədən danışdıqlarını vurğulayıblar: "Unutmayın ki, qəhvəyə qaymaq, tam süd və ya şəkər əlavə etməklə, qəhvənin köməyi ilə yandırdığınız hər hansı kalorini asanlıqla geri ala bilərsiniz" deyə dietoloqlar yekunlaşdırıblar.

NƏRGİZ

Vumart və Güvən reklamı Vumart Güvən