Sıyığın dişlər üçün təhlükələri barədə XƏBƏRDARLIQ

 12:57 31.01.2024     194

Diş həkimi Aleksey Antipenko deyir ki, dişlərinizi sağlam saxlamaq üçün sıyıq və kartof ehtiyatla istehlak edilməlidir.

Redaktor.az xəbər verir ki, o, Sputnik radiosuna müsahibəsində bu iki məhsulun təhlükəsi barədə xəbərdarlıq edib.

Antipenko sıyıq və ya kartof kimi qidaları yedikdən sonra dişlərdə yumşaq və yapışqan lövhənin qaldığını və bunun 48-72 saatdan sonra sərt diş daşına çevrildiyini izah edib. Bu daş özbaşına təmizlənə bilməz və zaman keçdikcə ciddi bir ağız xəstəliyinə - periodontitə səbəb olur. Onun sözlərinə görə, bu patologiya ilə diş öz dairəvi bağını itirir və bu səbəbdən sümük getdikcə azalır, diş boşalır və düşür.

Xəstəliyin inkişafının qarşısını almaq üçün həkim gündə iki dəfə dişlərinizi fırçalamağı, həmçinin gündəlik pəhrizinizin müxtəlif olmasına və ət, tərəvəz, meyvə, həmçinin kəsmik və süddən ibarət olmasına əmin olmağı məsləhət gördü.

NƏRGİZ