Keto pəhrizinin geri dönməz nəticələri - Həkim XƏBƏRDARLIQ etdi

 13:39 31.01.2024     286

Keto pəhrizi bədənin zəhərlənməsinə səbəb ola bilər və geri dönməz nəticələrə səbəb ola bilər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu endokrinoloq Mariya Aleksandrova deyib.

Onun sözlərinə görə, keto pəhriz karbohidratlardan tam imtinanı nəzərdə tutur. Bu pəhrizlə bədən çəki itirmə prosesini başlatan yağ toxumasından enerji alır. Bununla belə, nəticə uzunmüddətli olmayacaq deyə mütəxəssis xəbərdarlıq edib. Bundan əlavə, sağlamlıq problemləri görünə bilər: "Böyük miqdarda sərbəst buraxılan keton cisimləri bədəni sistemli şəkildə zəhərləməyə başlayır və geri dönməz nəticələrə səbəb ola bilir".

Aleksandrova hər hansı mono-diyetanın təhlükələrini də qeyd edib. O izah edib ki, bir məhsulu uzun müddət yemək qida çatışmazlığına gətirib çıxarır və yemək davranışını pozur. "Buna görə də belə bir pəhrizin təsiri də müvəqqəti olacaq və nəticələri uzun illər düzəltməli olacaqsız" deyə həkim hesab edir.

Endokrinoloq detoks pəhrizlərinin möcüzəvi xüsusiyyətlərə malik olması ilə bağlı iddiaları mif adlandırıb. O deyir ki, bu pəhrizlər enerji baxımından aşağı olur, ona görə də onlara əməl edən insanlar əslində arıqlayırlar. Lakin, bir qayda olaraq, əldə etdikləri nəticəni qoruya bilmirlər.

NƏRGİZ