Qripə qarşı sadə üsul - Yoluxma riski 100 dəfə azalır

 02:33 01.02.2024     255

Tibbi maskalardan düzgün istifadə qripə yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı həkim, immunoloq Vladimir Bolibok deyib.

Bolibok iddia edir ki, həm virus daşıyıcısı, həm də sağlam insan hər iki burun dəliyini maska ​​ilə etibarlı şəkildə bağlayırsa, o zaman infeksiyanın ötürülmə riski 100 dəfə azalır.

Hətta daha əvvəl qripə qarşı peyvənd olunmayanlar belə, maskadan istifadə etməklə yoluxma riskini 20 dəfə azalda bilərlər.