Soyuqdəymənin müalicəsi zamanı bunları etməyin - Həkimdən XƏBƏRDARLIQ
Reabilitasiya həkimi Sergey Agapkin tez-tez soyuqdəymələrin müalicəsi zamanı edilən ümumi səhvləri açıqlayıb. Xüsusilə, mütəxəssis təkrarlanan xəstəlik üçün əvvəlki müalicə planına əməl etməyin mümkün olmadığını bildirib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Agapkin, təkrarlanan soyuqdəymələri olan xəstələrin həkimin əvvəlki dəfə təyin etdiyi müalicə planına əməl etmək vərdişini səhv hesab edib.
"Biz başa düşməliyik ki, hər bir hal özünəməxsus şəkildə unikaldır: viruslar və bakteriyalar fərqlidir", - deyə həkim bildirib.
Mütəxəssis həmçinin hər soyuqdəymə üçün antibiotik qəbul etməyi təhlükəli adlandırıb.
"Əgər biz soyuqdəymə deyilənlərin əksəriyyətindən danışırıqsa, deməli, bunlar virus xəstəlikləridir, antibiotiklər ümumiyyətlə kömək etmir və kömək edə bilməz, çünki antibiotik bakteriyalara təsir edən bir maddədir", - Agapkin vurğulayıb.
Yusif EYVAZLI