D vitamini defisiti hormonal və ürək pozulmaları yaradır

 01:45 06.02.2024     194

Əgər insanda D vitamini defisiti varsa, o zaman o, autoimmun xəstəliklər, hormonal pozulmalar və ürək xəstəlikləri riski ilə üz-üzə qalır.

Redaktor.az xəbər verir ki, endokrinoloq Yelena Kiseleva qışda ən çox rast gəlinən problem defisitdir.

Hətta onun çatışmazlığı ürək xəstəliklərinin gizli səbəbidir.

“Vitamin D çatışmadıqda damarlar, ürək zərər çəkir, metobolik proseslər pozulur, bu isə təzyiq və şəkər xəstəliyinin əsasını qoyur.

Eləcə də qadınlarda hormonal pozuntular yaranır. Cinsiyyət hormonlarının hasili düşür, qalxanvari vəz fəaliyyəti kəskin azalır.

Psixoemosional durum da pisləşir: əhval pozulur, yuxusuzluq, libidonun azalması, saçların tökülməsi, dərinin qocalması baş verir.

Müalicəsi olmayan autoimmun prosesləri də vitamin D əskikliyi yarada bilir.

D vitamini analizə uyğun dozada həkim tərəfindən təyin olunur.