Siqaret çəkməyənlərdə xərçəngin əlamətləri
"Siqaret çəkməyənlərdə ağciyər xərçənginin simptomları öskürək və yorğunluq ola bilər".
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim Debora Li söyləyib.
Həkim bildirib ki, ağciyər xərçənginin simptomlarına qanlı öskürək, daimi nəfəs darlığı, tənəffüs və ya öskürək zamanı ağrı, yorğunluq, səbəbsiz arıqlama daxildir:
"Tənəffüs xərçənginin 14%-i bütün həyatı boyu siqaret çəkməyənlərin payına düşür. Yəni siqaret çəkənlərlə yanaşı çəkməyənlərdə də ağciyər xərçəngi çox yayğındır. Əlamətlər hiss olunduqda mütləq müayinədən keçmək lazımdır".
Humay İSGƏNDƏRLİ