Acqarına qəbul edilən zərərli QİDALAR

 09:49 06.02.2024     315

"Acqarına şirniyyat və çörək sağlamlıq problemlərinə səbəb ola bilər".

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Anastasiya Çijikova bildirib.

O əlavə edib ki, bişmiş məmulatların, xüsusilə də ağ undan hazırlanmış məhsulların və digər sadə karbohidratların acqarına istehlakı sağlamlıq problemləri ilə nəticələnə bilər:

"Marqarinin tərkibində olan trans yağlar və bişmiş məmulatların tərkibindəki şəkərlər mədənin selikli qişasının qıcıqlanmasına səbəb ola bilər. Üstəlik, yüksək dərəcəli undan hazırlanmış çörək və makaron, həmçinin zəngin xəmir məmulatları həzm prosesinə təsir edərək mədə, bağırsaq və mədəaltı vəzi üzərində yük yaradır. Belə səhər yeməyi şəkərli diabet və insulin müqaviməti olan insanlar üçün tamamilə arzuolunmazdır. Belə səhər yeməkləri mədə-bağırsaq traktının fəaliyyətinə mənfi təsir göstərərək, mədə mukozasının qıcıqlanmasına və mədəaltı vəzinin pozulmasına səbəb ola bilər".

Həkim çörək məhsulları əvəzinə səhər yeməyi üçün yulaf ezmesi, qarabaşaq yarması və darı kimi mürəkkəb karbohidratlı qidaları seçməyi tövsiyə edib.

“Səhər yeməyində səndviç yeməyə öyrəşmisinizsə, onda tam taxıl çörəyi seçin və ona pendir, balıq və ya evdə hazırlanmış ət əlavə edin. Qarışıq səhər yeməyi zamanı tərəvəz, meyvə və ya giləmeyvə yemək faydalıdır”, - deyə həkim vurğulayıb.

Humay İSGƏNDƏRLİ