Kosmetik vasitələrdə bu komponentə mütləq diqqət yetirin - Həkim XƏBƏRDARLIQ etdi
Mütəxəssislər etiketində qliserin adı olan duş gellərindən istifadə etməyi məsləhət görüb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə terapevt və teleaparıcı Elena Malışeva öz verilişində danışıb.
“Diqqət etməli olduğunuz yeganə şey tərkibində qliserin olub-olmamasıdır. Çünki sübut olunub ki, o, tərkibinə daxil edilərsə, dərinin səthində su molekullarını saxlayacaq”, - deyə Malışeva bildirib.
Həkim bildirib ki, qliserin dərini nəmləndirməyə kömək edir. "Əgər duş gelinin tərkibində qliserin varsa, bu halda dəriniz qliserinsiz hər hansı digər duş geli ilə müqayisədə daha yaxşı nəm alacaq".
NƏRGİZ