Həkimdən asqırmağı saxlayanlara XƏBƏRDARLIQ

 19:50 06.02.2024     351

Səhv asqırma ciddi nəticələrə səbəb ola bilər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə fizioterapevt Svetlana Malinovskaya xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, asqırarkən hava burundan saniyədə 120 metr sürətlə çıxır və daxili divarlarda 100 millimetrdən çox civə təzyiqi yaradır.

"Bir şəxs burnunu sıxarsa damarların zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı, bütün mikroblar orqanizmdə qalır. Heç bir halda daha sakit asqırmaq üçün burnunuzu çimdikləməməlisiniz! “Zərbə dalğası” nazofarenksin, qida borusunun və bəzən hətta beynin damarlarına zərər verə bilər", - deyə fizioterapevt bildirib.

Yusif EYVAZLI