Azərbaycanda fantastik qiymətə analizlər - 5000 manat...

 18:00 08.02.2024     971

Bilirik ki, xəstəliklərin aşkar olunması üçün müəyyən yoxlanışlar və analizlər verilir.  Hər ölkədə olduğu kimi Azərbaycanda da minlərlə xəstə var. Bu xəstələr də xəstəlik səbəbilə müayinə olunmalı və analiz verməlidirlər. Qeyd etdiyimiz proseslərin qiymətlərilə bağlı narazılıqlar isə yetərincədir. Vətəndaşlar bildirirlər ki, analiz qiymətlərinin hamısı heç də ciblərinə uyğun deyil.

Redaktor.az Bakıda müxtəlif analizlər həyata keçirən laboratoriyaların qiymətilə bağlı araşdırma edib.

DNT analizlərinin qiyməti 900-1600 manat arasında dəyişir.

Onurğa Əzələlərinin Atrofiyası (SMA) analizin qiyməti 250-800 manat aralığınadadır.

Ekzom Sekans Analizi (WES) isə 480-5000 manat arasındadır.

Qeyd edək ki, yuxardakı qiymətlər Bakıda fəaliyyət göstərən 7 özəl və dövlət laboratoriyalarından araşdırılıb.

Humay İSGƏNDƏRLİ