Bu xəstəxanada ilk dəfə pasiyent üzərində endoprotez əməliyyatı aparıldı - FOTO
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 78 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının bipolyar artroplastikası (endoprotez) əməliyyatı uğurla başa çatıb.
TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, yıxılma səbəbilə xəstəxanaya müraciət edən və sol bud sümüyünün boynunun sınığı diaqnozu qoyulan pasiyentdə yanaşı xəstəliklər aşkarlanmasına baxmayaraq, əməliyyat sırasında çətinliklər yaşanmayıb.
Tibb müəssisəsinin həkim-travmatoloqu Elcan Mirzəzadə tərəfindən həyata keçirilən bu ağır əməliyyat sözügedən xəstəxanada ilk dəfə icra olunub.
Əməliyyatda sonra pasiyentə hər bir zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.