1 həftəyə çəki azaldan xiyar pəhrizi

 00:18 11.02.2024     297

Həftəyə 3 kq arıqlamaq istəyirsizsə, bədəndəki ödemləri aradan qaldıran xiyar pəhrizini seçin.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, xiyar 90% sudan ibarət olsa da, bu adi su deyil. O, toxumaları artıq mayedən xilas edir, ödemi aradan qaldırır.

Yüngül sidikqovucu təsirinə görə, çəkiniz pəhrizin ilk günündən azalmağa başlayacaq.

Pəhrizdə bu qaydalara əməl etməlisiz:

Xiyara qətiyyən duz vurmamalısız və pəhriz müddətində duzlu qidalar yeməyin

Şəkər də olmaz. Un, şirniyyat, düyü karbohidratlar bədəndə suyu saxlayır.

Pəhriz həftəsində gündə 4-5 dəfə az –az yeməlisiz. Çox ac qalmaq olmaz.

Əsasən zeytun yağlı salanlar, toyuq, balıq, yumurta yeyə bilərsiz.