Həkim ölümcül xəstəliyin ilk əlamətlərini açıqladı - Göz xərçəngi
Əksər hallarda, göz xərçəngi ilkin mərhələlərdə diqqətdən kənarda qalır. İlk ciddi əlamətlər xəstəlik irəlilədikcə görünür.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə onkoloq Anton İvanov xəbərdarlıq edib.
Onkoloq bildirib ki, bu ölümcül xəstəliyin əlamətləri şişin növündən asılı olaraq fərqlənə bilər.
"Məsələn, bədxassəli hüceyrələr irisə təsir edərsə, üzərində ləkələr və ya düyünlər görünür. Göz rənginin dəyişməsi də xəstəliyi göstərir".
Həkim əlavə edib ki, göz xərçənginin ümumi simptomlarına qızartı, yoluxucu və iltihabi xəstəliklər, göz bəbəklərinin genişlənməsi və gözün ön hissəsində qan laxtalarının əmələ gəlməsi daxildir.
"Bundan əlavə, görmə pisləşərsə, gözlər tez yorulursa və torlu qişanın qopması müşahidə edilərsə, xərçəngdən şübhələnmək olar", - deyə o qeyd edib
Onkoloq bildirib ki, bədxassəli gözün zədələnməsinə ən çox radioaktiv tullantılar, əlverişsiz ekologiya, ultrabənövşəyi şüalara məruz qalma, aşağı keyfiyyətli kosmetikadan istifadə və kanserogen tərkibli qidaların istehlakı səbəb olur. Bəzi insanlarda genetik meyl səbəbindən göz xərçənginə tutulma riski daha yüksəkdir.
Yusif EYVAZLI