Oturaq işdə çalışanlar daha çox demensiya olur – ALİMLƏR

 01:45 16.02.2024     308

ABŞ alimləri oturaq iş, həyatla demensiya arasında əlaqəni sübut edib.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, gündə 10 saat və daha artıq saat oturanlarda demensiya riski 2 dəfə çoxdur.

Arizona universitetinin alimləri 100 min insanı əhatə edən tədqiqatı yekunlaşdırıb.

Onlar 6 il ərzində akselerometr vasitəsilə iştirakçıların bədən vəziyyətini izləyiblər.

Onların həyat tərzi də ildə bir dəfə sorğulanıb.

Məlum olub ki, bu müddət ərzində 420 nəfərdə demensiya diaqnoz olunub və gündə 10 saatdan artıq oturanlarda daha çox qeydə alınıb.

Alimlər bildirir ki, 10 saat ərzində az –çox fiziki aktivlik göstərənlər, gəzənlərdə risk azalmayıb.

Demensiyanın qarşısını almaq üçün 1 saatdan artıq eyni vəziyyətdə oturmaq olmaz”.