Həkim mədəaltı vəziyə zərərli olan yemək vərdişlərini AÇIQLADI
Bəzi gündəlik yemək vərdişləri mədəaltı vəzinin sağlamlığına zərərlidir.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Natalya Slyunyaeva bildirib.
Onun sözlərinə görə, mədəaltı vəzinin işləməməsi ciddi sağlamlıq problemlərinə - şəkərli diabet, xərçəng və bir çox başqa xəstəliklərə səbəb ola bilər.
"Spirtli içkilər orqana mənfi təsir göstərən əsas amillərdən biridir və güclü içkilər onu aşağı alkoqollu içkilərdən daha çox məhv edir".
Qastroenteroloq vurğulayıb ki, trans yağlar orqan üçün zərərlidir.
"Mayonez, marqarin, südlü şokolad, şirniyyat və bəzi kolbasalarda belə maddələr çoxdur. Şirin qazlı içkilərin tərkibindəki karbon qazı və böyük miqdarda şəkər mədə-bağırsaq traktında iltihablı proseslərə də səbəb ola bilər", - deyə o qeyd edib.
Yusif EYVAZLI