Dəmir çatışmazlığının qarşısını alan məhsullar

 15:39 19.02.2024     613

"Dəmir çatışmazlığının qarşısını almaq üçün qırmızı ət yemək lazımdır".

Redaktor.az "izvetiya"ya istinadən xəbər verir ki, bunu dietoloq Yelena İqnatikova deyib.

O deyib ki, dəmir çatışmazlığının qarşısının alınması üçün əla seçim mal ətidir:

"Tərkibində hemoglobinin sintezi üçün lazım olan kifayət qədər böyük miqdarda heyvan zülalı var. Üstəlik, mal ətində insanlar üçün əlçatan formada çoxlu dəmir var, o, yaxşı sorulur. Eyni zamanda şokolad, qəhvə və çay tərkibindəki tanin sayəsində dəmirin sorulmasını pozur. C vitamini dəmirin mənimsənilməsi üçün lazımdır, ona görə də pəhrizə sitrus meyvələri, alma və duzlu kələm əlavə etməyə dəyər".

Humay İSGƏNDƏRLİ