Yuxunu pisləşdirən məşhur yemək VƏRDİŞLƏRİ

 19:49 21.02.2024     319

Yuxu mütəxəssisi Eşli Heynsvort yuxuya getməyi çətinləşdirən və yuxunun keyfiyyətini aşağı salan ümumi yemək vərdişlərini sadalayıb.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Haynesworth aclıq hissi ilə yatmağa getməməyi tövsiyə edib:

"Çünki bu vəziyyətdə bədənin yuxuya getməsi daha çətindir. Karbohidratlar və şəkər bizə enerji verir və beyni stimullaşdırır, lakin narahatlığı artıra bilər. Buna görə də mümkünsə yatmazdan əvvəl onlardan qaçınmaq daha yaxşıdır", - deyə ekspert bildirib.

Mütəxəssisin sözlərinə görə, axşam saatlarında tərkibində spirt və kofein olan içkilər, həmçinin ədviyyatlı qidalar yemək arzuolunmazdır.

"Çox miqdarda bibər yuxuya mane ola biləcək ürək yanmasına səbəb ola bilər. Sağlam axşam qəlyanaltısı kimi qoz-fındıq və şəkərsiz fermentləşdirilmiş süd məhsulları yemək olar".

Yusif EYVAZLI