72 saatda bağırsaqları təmizləyən resept

 01:45 22.02.2024     271

Artıq çəkisi olmayan insanların belə bağırsaqlarında ən azı 3 kiloqram toksik maddə olduğu deyilir. Ancaq alternativ tibb mütəxəssisləri xüsusi resept vasitəsilə 72 saat ərzində bağırsaqlardakı bütün toksin və şlaklardan qurtulmağın mümkün olduğunu bildirirlər.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, pis vərdişlər və balanssız qidalanma bağırsaqlarda toksinlərin yığılmasına səbəb ola bilir. Stress və gərginlik də bu baxımdan bağırsaqlara mənfi təsir edir.

72 saatda bağırsaqları tamamilə təmizləmək üçün aşağıdakı reseptə əməl etmək lazımdır.

İstifadə olunan məhsullar:

Təbii alma sirkəsi - 1 xörək qaşığı

Limon şirəsi - 2 xörək qaşığı

Zəncəfil - 1 xörək qaşığı

Dəniz duzu – az miqdarda

1 stəkan içməli su

Hazırlanması:

Bir stəkan içməli suyu qaynadın və üzərinə duz əlavə edin. Sonra digər inqrediyentləri əlavə edib yaxşıca qarışdırın. Səhər yeməyindən əvvəl, acqarına istehlak edilməlidir.