Nə qədər ət YEMƏLİYİK?

 09:37 22.02.2024     279

"400 q hinduşka gündəlik protein tələbatını ödəyir".

Redaktor.az "izvestiy"ya istinadən xəbər verir ki, bunu həkim Polina Vasilyeva bildirib.

Həkim söyləyib ki, 100 q hinduşka gündəlik protein tələbatını təxminən 25% ödəyə bilər:

"100 qram hinduşka yesəniz, gündəlik protein ehtiyacınızın dörddə birini ödəmiş olacaqsınız. 100 q balıq, gündəlik tələbatın beşdə birini ödəyəcəkdir. 100 q soya gündəlik protein ehtiyacını üçdə birdən çox ödəyir".

Onun sözlərinə görə, optimal protein tələbatı orta hesabla gündə ən azı 85-90 q olmalıdır. Bundan əlavə, zülal stresli vəziyyətlər, xəstəliklər, fiziki fəaliyyətin artması, hamiləlik və ana südü zamanı qadınlarda istehlak olunur.

Dietoloq qeyd edib ki, insan heyvani məhsullardan kifayət qədər protein ala bilər. Ancaq belə zülalın gündəlik qida rasionunda payının 50% olması daha yaxşıdır. Digər yarısını bitki zülallarından almaq daha yaxşıdır.

Humay İSGƏNDƏRLİ