Yoğun bağırsaq xərçəngi riskini azaldan İÇKİ

 20:41 22.02.2024     291

Gündə bir neçə fincan qəhvə içmək bağırsaq xərçənginin inkişaf riskini, eləcə də onun təkrarlanma riskini xeyli azaldır. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə onkoloq Yelena Smirnova bildirib.

Onkoloq qəhvənin xərçəngin qarşısının alınmasında effektivliyinin artıq sübut olunduğuna diqqət çəkib.

"Gündə dörd stəkandan çox içən xəstələrin, gündə iki stəkandan az içənlərə nisbətən təkrarlanma ehtimalı 37 faiz azdır. Kolorektal xərçəng xəstələri arasında ən aşağı ölüm göstəricisi gündə üç-beş fincan qəhvə içənlər arasında olub. Qəhvə qaraciyərin fəaliyyətini də yaxşılaşdırır", - deyə o qeyd edib.

Yusif EYVAZLI