Həddindən artıq qəhvə içmək nələrə səbəb olur? - Həkimdən XƏBƏRDARLIQ

 20:44 26.02.2024     249

"Qəhvə dişlərin və sümüklərin vəziyyətinə mənfi təsir göstərə bilər". 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova xəbərdarlıq edib.

Pavlova izah edib ki, qəhvənin tərkibində tanin adlı maddə var ki, bu maddə kalsiumla qarşılıqlı əlaqədə olduqda onun udulmasına mane olur. 

"Əgər insan tez-tez yeməklə qəhvə içirsə, orqanizmdə kalsium çatışmazlığı yaranır ki, bu da digər şeylərlə yanaşı, ürəyin və digər əzələlərin işləməsi üçün zəruridir. Bu da öz növbəsində paratiroid hormonunun (PTH) səviyyəsinin artmasına səbəb olur. Paratiroid hormonunun əsas funksiyası qanda kifayət qədər kalsium təmin etməkdir. O, sümüklərdən və dişlərdən kalsiumu çıxarmağa başlayır və onları daha kövrək edir", - deyə endokrinoloq bildirib.

Sümükləri və dişləri möhkəm saxlamaq üçün həkim kofenin normada içilməsini tövsiyə edib. 

Yusif EYVAZLI