Şirniyyatlar xərçəngə səbəb olur?

 21:50 26.02.2024     252

"Şirin qidalar və geni dəyişdirilmiş qidalar (GMO) xərçəng hüceyrələrinin böyüməsini təhrik etmir".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə həkim Olqa Ulankina bildirib.

Ulankinanın sözlərinə görə, ilk məşhur mif şirniyyat sevənlərin xərçəngə tutulma ehtimalının daha çox olması inancıdır.

"Əslində şəkər istehlakının xərçəngə səbəb olduğuna dair bir dənə də olsun dəlil yoxdur. Lakin əlavə şəkərin həddindən artıq istehlakı piylənməyə kömək edə bilər ki, bu da əslində bədxassəli şişlərin inkişaf riskini artırır. "Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də əmindir ki, GMO məhsulları insan sağlamlığı üçün təhlükə yaratmır", -deyə Ulankina söyləyib.

Ulankinanın danışdığı digər qorxu isə mobil telefondan istifadə nəticəsində xərçəngin inkişafı ilə bağlıdır. 

"Narahatlıqlar "ÜST" 2014-cü ildə mobil telefonların yaratdığı elektromaqnit sahələrini potensial kanserogenlər siyahısına əlavə etdikdən sonra yaranıb. Bu qərarın qəbulu zamanı buna dair heç bir aydın sübut yox idi. Sonrakı araşdırmalar göstərdi ki, radio dalğalarının "DNT"ni parçalamaq və şişlərə səbəb ola biləcək hüceyrə zədələnməsinə səbəb olmaq üçün kifayət qədər enerjisi yoxdur", - həkim vurğulayıb.

Yusif EYVAZLI