İmmunitet sistemini gücləndirməyin YOLLARI
"Tərəvəz, meyvə və duzlu kələm immunitet sistemini gücləndirməyə kömək edir".
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu mikrobioloq Sofya Tsvetikova deyib.
O əlavə edib ki, mövsümlərarası fasilədə immunitet sistemini gücləndirmək üçün pəhrizi tənzimləmək və probiyotik qəbul etmək məsləhətdir:
"Digər şeylərlə yanaşı, bağırsaq bakteriyaları (mikrobiota) immunitetə təsir edir, bədənin qoruyucu xüsusiyyətlərini gücləndirir və ya zəiflədir. Tərəvəz və meyvələrin, fermentləşdirilmiş qidaların, xüsusən də duzlu kələm, duzlu tərəvəzlər, kefir, qatıqların bağırsaq bakteriyalarına müsbət təsir edir. Bundan əlavə, C vitamini immunitet sisteminin ümumi gücləndirilməsi üçün faydalıdır, buna görə də sitrus meyvələri və alma bədənin müdafiəsini qorumaq üçün vacibdir".
Mütəxəssis xəbərdarlıq edib ki, sitrus meyvələri allergen olduğundan gündə bir portağal və ya iki-üç naringidən çox yemək olmaz.
Humay İSGƏNDƏRLİ