Xərçəngin əmələ gəlməsi keyfiyyətsiz qidalanma ilə bağlıdır - Əhliman Əmiraslanov

 15:20 27.02.2024     663

Bədxassəli şişlərin yaranmasının 35-40 %-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Akademik bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.

Deputatın sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var.

“Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”,- deyə Əmiraslanov əlavə edib.