Həkim daha sağlam olmağın sadə yolunu AÇIQLADI

 20:53 27.02.2024     316

"İsti su maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırır".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Dilyara Lebedeva bildirib.

Lebedevanın sözlərinə görə, ilıq su öd istehsalını stimullaşdırır, durğunluğu aradan qaldırır və ümumiyyətlə mədə-bağırsaq traktının işini normallaşdırır.

"Bundan əlavə, səhər bir stəkan ilıq su gecə nəm itkisini kompensasiya edir. Limonlu ilıq su patogen mikroflora ilə mübarizə aparmağa kömək edir, üz rəngini yaxşılaşdırır və şişkinliyi aradan qaldırır".

Endokrinoloq limonlu suyun mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün əks göstəriş olduğunu bildirib:

"Səhər bir stəkan ilıq su içmək qanın özlülüyünü tənzimləyir, ürəyə yükü azaldır", - deyə o qeyd edib.

Yusif EYVAZLI