Sümükləri gücləndirmək üçün nə edilməlidir? - Həkim AÇIQLADI

 22:01 27.02.2024     282

Həkim Elena Malışeva və  kardioloq German Qandelman insanların möhkəm sümüklərə sahib olması üçün mütəmadi olaraq istehlak etməli olduğu qidaları sadalayıblar.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Malışeva və Qandelman diyetə siyənək balığının daxil edilməsini məsləhət görüb.

"Bu məhsulda sümükləri möhkəm edən D vitamini var. Həmçinin kalsiumla zəngin qidalar yemək lazımdır. Onlara pendirlər, küncüt toxumu və qurudulmuş reyhan daxildir. Bundan əlabə K vitamini olmadan düzgün sümük əmələ gəlməsi mümkün deyil. K vitamininin vacibi göyərtidir", - deyə onlar vurğulayıb.

Malışevanın sözlərinə görə, sümüklərin sağlam olması üçün həm də çox hərəkət etmək və fiziki məşqlər etmək lazımdır.

Yusif EYVAZLI