Çörəkdən imtinanın mənfi NƏTİCƏLƏRİ

 10:20 01.03.2024     462

"Çörəyi pəhrizdən tamamilə çıxarmaq sağlamlığa mənfi təsir göstərə bilər".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu dietoloq Natalya Denisova deyib.

O bildirib ki, çörəkdən imtina etmək B1 vitamini çatışmazlığı səbəbindən zehni fəaliyyət və yorğunluğun artması ilə nəticələnir:

"Bundan əlavə, beyin üçün lazım olan PP vitamini, eləcə də görmə üçün lazım olan B12 vitamini çatışmazlığı ola bilər. Həmçinin fol turşusu çatışmazlığı səbəbindən immunitet sistemi əziyyət çəkəcək, qida lifi çatışmazlığı səbəbindən bağırsaq pozğunluqları mümkündür. Məqbul miqdarda çörək yemək həzm sisteminin sağlamlığına töhfə verir".

Humay İSGƏNDƏRLİ