Sağlamlıq üçün təhlükəli olan QİDALAR

 02:15 03.03.2024     218

Dietoloq İrina Mansurova insan sağlamlığı üçün ən təhlükəli şirniyyatları açıqlayıb.

Redaktor.az "lent.az"a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, ən zərərli məhsulların siyahısına qızardılmış və çoxlu yağ, sadə karbohidratlar və şəkərlə zəngin olan qidalar daxildir.

Onun sözlərinə görə, bu cür qidalar artıq çəki artımına, şəkərli diabet və ürək problemlərinin inkişafına kömək edir:

“Mədə şirəsinin artıq istehsalını təhrik edən, dişlərə yükü artıran və minanın aşınmasına, xora və qastritin inkişafına səbəb ola bilən digər zərərli məhsul saqqızdır. Bundan əlavə həmçinin, tortlar, xəmir məmulatları, vafli və muffinlərin tərkibində olan əlavələr xərçəng, allergiya və qastritə səbəb ola bilər”.