Ağ çörək bu xəstəliklər YARADIR

 10:05 04.03.2024     299

"Ağ çörək yemək qan şəkərinizin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər".

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq Mixail Ginzburgdeyib.

“Ağ çörək süzülmüş buğda unundan hazırlanan çörəkdir, emal zamanı ondan demək olar ki, bütün pəhriz lifləri çıxarılır. Və buna görə də, ağ çörəkdən olan nişasta kifayət qədər tez qlükozaya parçalanır, çox tez sorulur, nəticədə qanda şəkərin artması və xoşagəlməz metabolik reaksiya baş verir”, - deyə o qeyd edib.

Həkimin sözlərinə görə, belə bir reaksiya metabolik sindromun inkişafına gətirib çıxarır və bunlar müasir həyat tərzinin xəstəlikləri, məsələn, diabet, hipertoniya kimi xəstəliklərə səbəb olur.

Dietoloq ağ çörəyi şəkər, yağ və marqarinlə birləşdirməməyi də tövsiyə edib.

Həmidə İBRAHİMLİ