Beyin fəaliyyətini yaxşılaşdırmağın yolu

 10:23 04.03.2024     296

Alimlər gündəlik lif qəbulu ilə beyin funksiyasını yaxşılaşdırmağın yolunu kəşf ediblər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, azheimer xəstəliyinin qarşısının alınması üsulu haqqında daha ətraflı məlumat "Nature Communication" jurnalında dərc olunan məqalədə təsvir edilib.

Tədqiqatda 12 həftə ərzində ya plasebo, ya da yüksək lifli pəhriz əlavəsi qəbul edən 60 yaşdan yuxarı 36 cütlük iştirak edib. Eyni zamanda, bütün könüllülər əzələ fəaliyyətini yaxşılaşdırmaq üçün fiziki məşqlər edib və protein əlavələri qəbul ediblər.

Məlum olub ki, lif əlavəsi iştirakçıların bağırsaq mikrobiomunun tərkibində əhəmiyyətli dəyişikliklərə, xüsusən də bifidobakteriyalar kimi faydalı bakteriyaların sayının artmasına səbəb olub.

Qruplar arasında əzələ gücündə əhəmiyyətli fərq olmasa da, lif əlavəsini qəbul edən qrup koqnitiv beyin funksiyasını qiymətləndirən testlərdə, həmçinin reaksiya vaxtı və məlumatların işlənməsi testlərində daha yaxşı nəticə göstərib.

Həmidə İBRAHİMLİ