Ən zərərsiz üç "fastfood"

 10:57 04.03.2024     320

""Fastfood"yeməkləri arasında pizza və şauarma daxil olmaqla kifayət qədər sağlam variantları tapmaq asandır".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu rusiyalı dietoloq Natalia Gridina deyib.

Onun sözlərinə görə, bəzi fastfoodlar olduqca təhlükəsiz görünür.

Nümunə olaraq  həkim inqrediyentləri insan orqanizmini zülallar, karbohidratlar, yağlar, qida maddələri və amin turşuları ilə təmin edən burgeri göstərib.

“Burger əgər yağsızsa və çox sous əlavə olunmayıbsa, çox zərərli sayılmaz. Sandviçlər də fast foodun yaxşı nümayəndəsidir".

Mütəxəssis eyni zamanda xatırladıb ki, təkcə pizza yemək lazım deyil, onu zaman-zaman yesək, sağlamlığa və fiquraya pis heç nə olmayacaq.

Həmidə İBRAHİMLİ