Daimi yuxulu olmağın SƏBƏBLƏRİ

 21:46 04.03.2024     318

Nevroloq Marina Hacıyeva gün ərzində daimi yuxululuğun bir neçə səbəblərini sadalayıb.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Həkim izah edib ki, axşam yuxuya getmək istəyi norma hesab olunur, çünki gün ərzində insan fiziki və zehni fəaliyyətə və alınan məlumatları emal etməyə çox enerji sərf edir. Ancaq daimi yorğunluq və enerji itkisi sağlamlıq problemlərini göstərə bilər.

Hacıyevanın sözlərinə görə daimi yuxululuğun səbəblərindən biri anemiya ola bilər:

“Sadə dillə desək, bu, qanda oksigen daşıyıcılarının çatışmazlığıdır ki, bu da beyin də daxil olmaqla, qeyri-kafi qidalanmaya səbəb olur. Buna görə də daimi halsızlıq, yuxululuq yaranır. Əzələ zəifliyi və axşam saatlarında pisləşən nevroloji xəstəlik olan depressiya əhval-ruhiyyənin aşağı düşməsinə və güc itkisinə səbəb ola bilər”, - nevroloq bildirib.

Yusif EYVAZLI