Dietoloq yuxusuzluğa səbəb olan qidaları AÇIQLADI
"Şokolad, portağal və sarımsaq yuxusuzluğa səbəb ola bilər".
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə dietoloq Daniel Herman bildirib.
Herman vurğulayıb ki, hər bir insanın yuxu keyfiyyətini pisləşdirən qidaların öz siyahısı ola bilər.
"Gecə sizin üçün hansı yeməyi yeməməyin daha yaxşı olduğunu başa düşmək üçün bədəninizi müşahidə etməli və reaksiyalarını dinləməlisiniz", - o söyləyib.
Dietoloq gecələr soğan və sarımsaq yeməməyi tövsiyə edib.
"Onlar tez-tez turşu axını yaradır. Yatmazdan əvvəl portağal və ya qreypfrut yemək oxşar nəticələrə səbəb ola bilər. Bundan əlavə, ədviyyatlı yeməklər tez-tez yuxusuzluğa səbəb olur. Spirtli içkilər və şəkərli qazlı içkilər də pis yuxuya səbəb ola bilər".
Yusif EYVAZLI