Şərabın qan damarları üçün faydaları
"Bəzi spirtli içkilər, xüsusən də şərab ürək-damar sisteminə faydalı təsir göstərə bilər".
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu tibb elmləri namizədi, kardioloq Denis Sokolo deyib.
O bildirib ki, yüksək keyfiyyətli qırmızı şərabın tərkibində elə antioksidantlar var ki, onlar ürəyi və qan damarlarını müəyyən dərəcədə zədələnmədən qoruya və qan dövranını yaxşılaşdıra bilir:
"Orta miqdarda spirtli içki xolesterol səviyyəsini artıra və qan laxtalanma riskini azalda bilər. Alkoqol yüksək kalorili bir məhsuldur. Lakin onun çox istifadəsi artıq çəki artımına və piylənmənin inkişafına kömək edə bilər ki, bu da öz növbəsində ürək və qan damarlarına mənfi təsir göstərir".
Humay İSGƏNDƏRLİ