Soyuqdəymə zamanı bunu etməyin

 20:53 07.03.2024     356

Oftalmoloq Dmitri Dementyev soyuqdəymə zamanı edilməməsi gərəkən hərəkəti açıqlayıb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Mütəxəssis qeyd edib ki, xəstəlik zamanı gözə linza taxmaq olmaz.

"Onların altına bakteriya, virus və ya göbələk infeksiyası daxil ola bilər", - Dementyev bildirib.

O, həmçinin qeyd edib ki, linzalar gözə sürtərkən buynuz qişanın səthində kiçik travma yarada bilər.

Yusif EYVAZLI