Brokolinin inanılmaz faydası: Qan laxtalanmasının...

 21:31 07.03.2024     333

Avstraliya Ürək Araşdırmaları İnstitutunun alimləri insultla mübarizədə brokolinin faydalarını açıqlayıblar. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, tərəvəzin tərkibindəki maddələr beyində qan damarlarını bağlaya bilən qan laxtalarının əmələ gəlməsinin qarşısını alır.

Aparılan sınaqlarda damarlarda qan laxtalarının əmələ gəlməsini azaltdığı və insultun müalicəsinin effektivliyini 20 faizdən 60 faizə qədər artırdığı göstərilmişdir.

Bundan əlavə, brokkolinin tərkibindəki birləşmənin yüksək risk altında olan xəstələrdə insult riskini azaltdığı göstərilmişdir.

Yusif EYVAZLI