Orqanizmin qocalmasını ləngidən MƏHSULLAR

 09:54 11.03.2024     550

"Qidalanma orqanizmin qocalmasında böyük rol oynayır".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu diyetoloq  Oksana Mixaleva deyib.

O bildirib ki, balıqlar osteoporozun (sümük əriməsinin) qarşısını almağa və dərinin gəncliyini qorumağa kömək edən çoxlu doymamış omeqa-3 yağ turşularının mənbəyidir:

" Ən faydalı yağ turşuları bahalı qırmızı balıqda deyil, daha sərfəli siyənək və skumbriyada olur. Meyvə, tərəvəz və göyərti də sağlamlığa müsbət təsir göstərir və məhsulların rəngləri nə qədər müxtəlifdirsə, tərkibində orqanizmi qocalmaqdan qoruyan xüsusi fitokimyəvi maddələr də bir o qədər çox olur. Bundan əlavə, bədənin çoxlu miqdarda B vitaminləri və zülalları olan tam taxıl və paxlalı bitkilərdən lif alması lazımdır. Lazımi miqdarda kalsium almaq və osteoporoz riskini minimuma endirmək üçün az yağlı və şəkərli süd məhsullarından istifadə etmək lazımdır".

Humay İSGƏNDƏRLİ